YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“İnamımız sonsuzdur!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Salyan rayonunda seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri İltifat Məmmədov, Faiq Zərbalıyev, Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova, Allahverdi Piriyev və şəhid atası Mirzə İmanov çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. Həmçinin bu illər ərzində Azərbaycan regionun lider dövləti kimi beynəlxaq münasibətlər sistemində də yerini və mövqeyini əsaslı şəkildə möhkəmləndirib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçkilərdə YAP-ın namizədi İlham Əliyevə səs verəcəklərini söyləyən seçicilər “Qalib Liderimizə inamımız sonsuzdur!” ,- deyə vurğulayıblar.