YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderimiz Azərbaycan xalqı üçün taleyüklü məsələlərin həllinə nail olub

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində Sədərək rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, şəhid atası İlham Abdullayev, təşviqat qrupunun üzvləri Tahir Kərimov, Tahirə Qasımova və Təhminə Zamanova çıxış ediblər.

Natiqlər Prezident İlham Əliyevin ölkəmizə 20 illik rəhbərliyi dönəmində qazanılan uğurlardan bəhs ediblər. Qeyd olunub ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyevin inamla davam etdirdiyi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllində müstəsna rol oynayıb.

Çıxış edənlər seçiciləri 7 fevralda seçki məntəqələrinə gedərək Azərbaycana Zəfər bəxş etmiş qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər Azərbaycanın işıqlı gələcəyi naminə cənab İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.