YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Ölkəmizin işıqlı sabahına səs verək”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xəzər rayonunda seçicilərlə görüş keçirilib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşviqat qrupunun üzvləri Ağabəy Əsgərov, Zamiq Əliyev, Ulucay Akif və Təvəkkül Səlimov çıxış ediblər.

Çıxışlarda Azərbaycanın yaratdığı yeni reallıqlardan bəhs edilib, ölkəmizin uğurlu gələcəyinin məhz Prezident İlham Əliyevin siyasəti ilə bağlı olması vurğulanıb.

Natiqlər seçicilərin 7 fevralda dövlət üçün taleyüklü siyasi prosesdə fəal iştirak edəcəklərinə inandıqlarını bildirib. Onlar bütün seçiciləri ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.