YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli Liderlə yeni hədəflərə doğru

Gəncə şəhərində məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat-təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib.

Görüş Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, yerli təşviqat qrupunun üzvləri Əli Bağırov, Elbrus Hüseynov, Akif Bayramov, Şöhrət Kərimov, Ofelya İsmayılova, Dilqəm Ağayev və şəhid atası Yeprim Mirzəyev çıxış ediblər.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində ölkəmiz bugünkü yüksəlişə və inkişafa nail olub. Vurğulanıb ki, Prezident İlham Əliyev qətiyyətli və məqsədyönlü siyasət nəticəsində son 20 ildə xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bu seçkilər cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycanın yeni hədəflərə doğru inamla irəlilədiyini, habelə fevralın 7-də keçiriləcək prezident seçkilərində xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.