YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gülüstan Əliyeva: Biz Müzəffər Ali Baş Komandanımıza minnətdarıq!

“2024-cü il məhz Zəfər seçkisi ilidir. Fevralın 7-də hər birimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Ona yekdilliklə səs verməliyik”.

Bu fikirləri Əməkdar artist Gülüstan Əliyeva bildirib.

G.Əliyeva qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdik, bu il də öz vəfa, sayğı və sədaqət borcumuzu bir daha nümayiş etdirməliyik: “Biz Müzəffər Ali Baş Komandanımıza minnətdarıq. Çünki 30 ilə yaxın müddətdə işğalda olan torpaqlarımızın qaytarılması, ölkəmizin ərazi bütövlüyünün tam bərpası, öz torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və digər bu kimi qürurverici anlarımız məhz Prezident İlham Əliyevin adı və imzası ilə bağlıdır”.

“Dövlət başçısı Azərbaycan mədəniyyətinin hamisi olaraq sənət adamlarına həmişə çox böyük dəstək olub. Seçkidən sonrakı dövr yeni qələbələrin başlanığıcı olacaq. Yeni hədəflərə çatmaq, yeni uğurlar qazanmaq üçün məhz cənab İlham Əliyevə ehtiyacımız var. Məhz Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində müasir müstəqil Azərbaycan dünyada böyük nüfuz qazanıb”.

G.Əliyeva fevral ayının 7-də hər bir vətəndaşı cənab İlham Əliyevə səs verməyə çağırıb.