YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyev Azərbaycanı dünyada söz sahibi olan qüdrətli dövlətə çevirib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Suraxanı rayonunda seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, təşviqat qrupunun üzvləri Bəhruz Quliyev, Salman Əbdülov, Etibar Quliyev, Elşad Kərimov, Arzu İsmayılova,  Elçin İsmayılov, şəhid atası Fizuli İsmayılov, şəhid anası Arzu Qəhrəmanova, şəhid ailəsinin üzvü Gülanə Yusubova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki,  bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət sayəsində Azərbaycan xalqı dünyanın hər yerində öz dövləti ilə haqlı olaraq fəxr edir.   Azərbaycan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib.

Natiqlər seçiciləri ölkənin davamlı inkişafına səs verməyə, cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıblar.