YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımız bu dəfə də müdrik seçim edəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunun Şirvan, Günəşli və Şərədil kəndlərində seçicilər ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid anası Güllü Babaşova, təşviqat qrupunun üzvləri Eybalı Ağayev, Şəhriyar Soltan, Fatmaxanım Quliyeva çıxış ediblər.

Çıxış edənlər cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycanın dinamik və davamlı inkişafından, bütün istiqamətlərdə aparılan islahatlardan danışıblar. Həmçinin qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti sayəsində Azərbaycan Ordusu 30 illik işğala son qoydu. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı.

Təşviqat qrupunun üzvləri əminliklə ifadə ediblər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edəcək, ölkəmizi qələbədən-qələbəyə aparan cənab İlham Əliyevə səs verəcək.