YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilər ölkəmizin parlaq gələcəyi naminə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Daşkəsən rayonunun Daşkəsən və Quşçu qəsəbələrində, Aşağı Daşkəsən və Kəmərqaya kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Milli Məclisin deputatı Kamran Bayramov və başqaları çıxış edərək Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin uğurlarından bəhs edib, seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.       

Seçicilər də fevralın 7-də ölkəmizin parlaq gələcəyi və xalqımızın rifahı naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.