YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident-xalq birliyi uğurların təməlidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Zaqatala rayonunda ziyalılar, ağsaqqallar və Əliabad qəsəbəsində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri İbrahim İbrahimov, Raqif Qasımov və Nəzir Muradov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib. Müstəqil Azərbaycan beynəlxalq müstəvidə özünəməxsus yer tutub.

Natiqlər Azərbaycanın yeni uğurlara imza atması naminə seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.