YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın qürur, dövlətimizin güc mənbəyi!

Şuşalı seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də  Bakı şəhəri, Xətai rayonunda məskunlaşan şuşalı seçicilərlə görüş keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, təşviqat qrupunun üzvləri Anar Əlizadə və  Ədalət Quliyev çıxış ediblər. Qeyd olunub ki, 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycanın müasir reallığı Prezident İlham Əliyevin uğurlu siyasətinin  təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.

Natiqlər seçiciləri xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər ötən tarixi inkişaf mərhələsinin möhtəşəm nəticələri fonunda xalqımızın qarşıdakı prezident seçkilərində də məhz cənab İlham Əliyevə etimad göstərəcəklərindən əminliklərini ifadə ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.