YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçim dəyişməzdir!

Yardımlı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Yardımlı rayonunun Sırıq, Köryədi kəndlərində və şəhərin H.Əliyev küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşviqat qrupunun üzvləri Maqsud Şabiyev, Mehrəli Mustafayev, Balamir Adiyev və Zeynəb Məmmədzadə çıxış ediblər.

Natiqlər bildiriblər ki, son 20 ilin tarixi reallıqları göz qabağındadır. Azərbaycanın sürətli inkişafı, beynəlxalq müstəvidə nüfuzunun artması, ölkə daxilində sosial-iqtisadi və iri layihələrin həyata keçirilməsi, ən başlıcası 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər ictimaiyyətdə xüsusi ovqat yaradıb və Prezidentə olan inamı daha da artırıb. Dövlət başçısının qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın Prezidentin ətrafında sıx birləşməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub. 

Natiqlər diqqətə çatdırıblar ki, xalqımızın mövqeyi də, seçimi də dəyişməzdir, birdir: Qalib xalqın seçimi Qalib Liderdir.

Çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini deyiblər.