YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni gələcəyini inşa edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Zərdab rayonunun Gəlmə və Hüseynxanlı kəndlərində şəhid mayor Rəhim Hüseynovun və şəhid baş leytenant Ağaqardaş Abbasovun ailə üzvləri ziyarət olunub, o cümlədən seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Qədir Hüseynov, İlham Abbasov, Neman Yediyarov, Mübariz Umarov, Dəyanət Mehrəliyev və Rafiq İsayev çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər qazanıb. Ölkə rəhbərinin müxtəlif sahələrdə həyata keçirdiyi tədbirlər dövlətimizin inkişafına və güclənməsinə xidmət edib.

Bütün bu uğurların təməlini isə güclü iqtisadi inkişafımız və davamlı sabitliyimiz təşkil edir. Hazırda Azərbaycan regionun qalib ölkəsi kimi qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər qeyd ediblər ki, fevralın 7-də hər bir azərbaycanlı ərazi bütövlüyümüzü bərpa edən, Qarabağ və Şərqi Zəngəzuru yenidən quran qalib Liderin yanında olacaq, Zəfər seçkisində səslərini cənab İlham Əliyevə verəcək.