YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz Qarabağda Azərbaycan Bayrağını ucaldan Liderdir”

Siyəzən rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Siyəzən rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, təşviqat qrupunun üzvləri Tapdıq Qocamanov, Əmirxan Hüseynli və Xəzər Əhmədov çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycanın qarşısında dayanan əsas məqsəd işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işlərinin sona çatdırılmasıdır. İndi xalqımız əmindir ki, qalib Liderin rəhbərliyi altında Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq.

Seçicilər də öz növbəsində 7 fevral prezident seçkilərində fəal iştirak edəcəklərini və Qarabağda Azərbaycan Bayrağını ucaldan Liderə - Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.