YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırıb”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları  olan seçicilərlə görüş keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Abşeron  rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri - şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid Vidadi Zalovun atası Nizami Zalov və qazi Süleyman  Cəfərov  çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.  O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib. “İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırıb” ,- deyə vurğulanıb.

Natiqlər seçiciləri qalib Liderimiz - Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan İlham Əliyevə səs  verəcəklərini bəyan ediblər.  

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki təşviqat qrupunun üzvləri Novxanı kəndi, Mehdiabad  və Görədil qəsəbələrində də  seçicilərlə görüşüblər.