YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Mərahim Fərzəlibəyov: Azərbaycan xalqı müstəqil dövlətimizin qarantı olan İlham Əliyevi dəstəkləyir

“7 fevral prezident seçkiləri Azərbaycan xalqı üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu seçkilər Azərbaycanın bütövlüyü şəraitində keçiriləcək”.

Bu fikirləri Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov bildirib.

M.Fərzəlibəyov tarixi Zəfərimizə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edib: “Biz bu  Qələbənin təntənəsini gördük. Ölkəmizdə hələ belə Qələbə olmamışdı. Azərbaycan torpaqları uzun müddət əsarətdə idi. Bizim Ali Baş Komandanımız məhz o torpaqları azad etdi. Biz artıq əbədi olaraq bütöv Azərbaycanda yaşayacağıq. Ona görə də prezident seçkilərində bir ziyalı kimi cənab İlham Əliyevə səs verəcəm”.

M.Fərzəlibəyov Prezident İlham Əliyevin fəaliyyəti dövründə görülən işləri incəsənət nümayəndələri olaraq yüksək dəyərləndirdiklərini qeyd edib: “Ona görə biz cənab İlham Əliyevə səs verəcəyik. Prezident İlham Əliyev müstəqil dövlətimizin qarantıdır və xalq Onu dəstəkləyir. 7 fevral seçkilərində xalqımızı cənab İlham Əliyevə səs verməyə çağırıram!”.