YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd rayonunda seçicilərlə görüş olub

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Xocavənd rayonunun Yeni Tuğ qəsəbəsində məskunlaşmış seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşviqat qrupunun üzvləri şəhid anası Xuraman Əliyeva, şəhid qardaşı Hikmət Nəsirov çıxış ediblər. Natiqlər seçicləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində fevralın 7-də xalqımızın Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri Vətən müharibəsi şəhidi Zülfiqar Fərəcovun və Qarabağ müharibəsi veteranı Oruc Əliyevin ailələrini ziyarət ediblər.