YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq güclü liderə- İlham Əliyevə səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qadın seçicilərlə  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və təşviqat qrupunun üzvləri Gülarə Munis, şəhid anası Reyhan Yusifova, Zülfiyyə Məmmədhüseynova çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Ulu Öndər siyasi xəttinə sadiq qalaraq müasir Azərbaycan dövlətini daha da inkişaf etdirməsindən və dünya ölkələri arasında Azərbaycanın beynəlxalq nüfuzundan söhbət açılıb. Çıxış edənlər dövlətimizin inkişaf yolunda inamla irəlilədiyini qeyd edərək yeni dövrdə bu inkişafı daha da sürətləndirmək üçün seçiciləri seçkilərdə daha fəal iştirak etməyə, cənab İlham Əliyevi dəstəkləyərək, onun ətrafında sıx birləşməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, Xəzər rayonunun Buzovna qəsəbəsi, Dənizkənarı 1090 ünvanında yaşayan seçicilərlə də görüş keçirilib.