YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuz rayonunda Ulu Öndərin xatirəsinə həsr olunan Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər İdman İdarəsinin Oğuz rayon üzrə Gənclər və idman sektorunun, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Şəki-Zaqatala Regional Gənclər İdman İdarəsinin Oğuz rayon üzrə Gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov və DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehovun çıxışlarında bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzsizdir. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoyub, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Vurğulanıb ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb.

Rayonun ümumtəhsil məktəblərini, müəssisə və təşkilatlarını təmsil edən 27 komandanın iştirak etdiyi yarışda I yeri Bayan kənd tam orta məktəbinin, II yeri Padar kənd tam orta məktəbinin, III yeri isə Böyük Söyüdlü kənd tam orta məktəbinin komandası tutub.

Qaliblər diplom, kubok və hədiyyələrlə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv