YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin siyasəti xalqımızın işıqlı gələcəyinin təminatıdır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Qazax rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri İlham Pirməmmədov, Bəsdi Ələkbərova,  İsgəndər Qurbanov, Məmməd Yusifov, Kazım Kazımlı, Müqabil Məmmədov, şəhid atası Elxan Abdullayev çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin bütün sahələrdə əldə etdiyi saysız-hesabsız nailiyyətlərdən, qazanılan möhtəşəm qələbələrdən ətraflı bəhs olunub. Qeyd olunub ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti xalqımızın işıqlı gələcəyinin təminatıdır. Ona görə də, 7 fevral seçkilərindən düzgün seçim etməliyik.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.