YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm 20 il müasir tariximizə qızıl hərflərlə yazılıb

Qəbələ rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Qəbələ rayonunun Hacıalılı və Yeni Dizaxlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Saleh Məsimov, Təmraz Mehdiyev və Elsevər Orucov çıxış ediblər. Qeyd edilib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib.

Çıxış edənlər seçiciləri 7 fevral seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Şamlı kəndində də seçicilərlə görüş keçirilib.