YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq tariximizin şanlı səhifələrini yazan cənab İlham Əliyevi dəstəkləyir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də 4, 6, 11 saylı Qayıdış qəsəbələrində Füzulidən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Marusa Həsənova, Namiq Məmmədov, şəhid anası Tamella Məmmədova çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib.  

Seçicilər çıxış edərək, Azərbaycanın yeni tarixinin şanlı səhifələrini yazan cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.