YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəli!

Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində və Çıraqlı kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində və Çıraqlı kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, təşviqat qrupunun üzvü Sərdar Xıdırov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyət dövrü çoxəsrlik dövlətçilik tariximizə bənzəri olmayan dövr kimi yazılıb. Məhz dövlət başçısı İlham Əliyev 200 illik erməni xülyasını birdəfəlik məhv edərək adını tarixə qalib Sərkərdə kimi yazdırdı. Şanlı zəfər Cənubi Qafqazda yeni reallıqlar yaratdı və bu, xalqımızın və dövlətimizin qarşısında yeni üfüqlər açdı. Qalib Azərbaycan Qalib Liderinin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəliləyir.

Natiqlər diqqətə çatdırıblar ki, prezident seçkilərində xalqın seçimi də  bütün dünyaya ciddi mesaj olacaq - Azərbaycanda Xalq-Prezident birliyini heç bir qüvvə sarsıda bilməz!

Görüşlərdə çıxış edən seçicilər fevralın 7-də xalqımıza zəfər sevincini yaşadan Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.