YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Culfa rayonu Əbrəqunus, Kırna və Qızılca kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Culfa rayonunun Əbrəqunus, Kırna və Qızılca kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri Fikrət Quliyev, Səftər Həsənov, Zərnişan Məmmədzadə, Nurəddin Yaqubov çıxış ediblər.

Çıxışda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  ölkəmiz son 20 ildə böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi qələbələr qazanıb. Bildirilib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici və daxili siyasəti, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan Qələbə, işğaldan azad olunmuş torpaqlarda görülən böyük bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın  tarixi salnaməsinə qızıl hərflərlə yazılıb.

Vurğulanıb ki, ən böyük tarixi nailiyyət və Zəfər Azərbaycanın bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Qürurverici məqamlardan biri də odur ki, qarşıdan gələn prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin bütün  ərazilərində  keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral seçkilərində aktiv iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.