YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Göygöllülərin seçimi xalqın müzəffər oğlu İlham Əliyevdir!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Göygöl rayonunun Yeni Zod, Bənövşəli və Göyçəkənd kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Hamlet Ömərov və Azadxan Haqverdiyev çıxış ediblər.     

Çıxışçılar Prezident  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs edərək 44 günlük Vətən  müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, qədirbilən xalqımız hər zaman dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirir.

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan edərək onun rəhbərliyi altında Azərbaycan xalqının yeni-yeni zəfərlərə imza atması üçün mübarizə aparmağa hər an hazır olduğunu bildiriblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.