YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni qələbələrin astanasındayıq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yevlax şəhərində seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Tofiq Həsənov, Sevda Əliyeva, Gülüstan Əliyeva, Əminə Əhmədova və şəhid valideynləri Fərman Kazımov ilə Mehti Adıgözəlov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın azad olunması ilə bağlı arzusu həyata keçirilib. Qeyd edilib ki, seçkilərin Azərbaycanın hər bölgəsində keçirilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində əldə etdiyimiz parlaq Qələbənin nəticəsidir. “Yeni möhtəşəm qələbələrin astanasındayıq, ona görə də hər bir vətənpərvər seçici cənab İlham Əliyevə səs verməlidir”,- deyə vurğulanıb.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.