YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müasir dövlətçilik tariximizin zirvəsindəyik

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Daha sonra YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Ruhəngiz Nəcəfova, Firdovsi Tağıyev və şəhid anası Filarə İsmayılova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dövlətçilik tariximizin zirvəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbə ilə torpaqlarımızın işğaldan azad olunması, eləcə də ötən il keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpasıdır. Natiqlər vurğulayıblar ki, indi azad olunan ərazilərimizdə həyat canlanır.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Neftçala sakinləri ölkəmizin davamlı inkişafı naminə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.