YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderimizlə hər bir azərbaycanlı qürur duyur!

Bərdəli seçicilərlə növbəti görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayon Mədəniyyət Mərkəzində şəhər seçiciləri, eləcə də Kələntərli, Qasımbəyli, Muğanlı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra cənab İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, YAP mərkəzi təşviqat qrupunun üzvü, AMEA-nın şöbə müdiri Qasım Hacıyev, təşviqat qrupunun üzvləri-şəhid Asif Abışovun anası İsbət Hətəmova, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Tərlan Musayeva, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev ötən 20 ildə verdiyi bütün vədləri yerinə yetirib, işğal faktına son qoymaqla, adını Azərbaycanın çağdaş tarixinə qalib Lider kimi həkk edib. Natiqlər ötən tarixi inkişaf mərhələsinin möhtəşəm nəticələri fonunda xalqımızın qarşıdakı prezident seçkilərində də məhz Prezident İlham Əliyevə etimad göstərəcəklərindən əminliklərini ifadə ediblər.

 Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki,  təşviqat qrupunun üzvləri  Kələntərli kəndində şəhid Yaqub Yaqubovun ailəsini ziyarət ediblər.