YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatları Müşfiq Məmmədli və Emin Hacıyev, qazi Zahir Həsənov, şəhid Taleh Kərimovun həyat yoldaşı Nəzakət İsmayılova və təşviqat qrupunun üzvləri çıxış edib. 

Görüşlərdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq siyasəti barədə də danışaraq qeyd ediblər ki, müvafiq dövlət proqramlarının uğurla icra olunması nəticəsində bütün regionlarımız inkişaf edib.

Görüşlərdə çıxış edən təşviqat qrupunun üzvləri qeyd ediblər ki, Sumqayıt əhalisi hər zaman dövlətçiliyin keşiyində dayanıb. Bu mənada seçicilərimiz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevi yenə də ölkəmizin rəhbəri görmək niyyətindədirlər.

Görüşlərin sonunda çıxış edən seçicilər qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.