YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha yüksək zirvələr fəth edəcəyik!

Astara rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Astara şəhərində yanvarın 19-da qadın seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Adil Rzayev, Təbrizə Rəsulova, Oktay Əmənullayev və şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin təmin olunması, Xankəndidə bayrağımızın dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə şanlı yekun vurulub, gələcək minilliklərə doğru parlaq yollar açılıb. 

Natiqlər cənab İlham Əliyevin ölkə başçısı seçildiyi ilk gündən hər zaman verdiyi sözə sadiq qalaraq, Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirdiyini söyləyiblər.

Çıxışlarda partiyanın namizədi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha yüksək zirvələr fəth edəcəyi və davamlı uğurlara imza atacağı xüsusi vurğulanıb.