YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsu rayonunda seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Ağsu rayonunun Çiyni və Ərəbsarvan kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Əmrulla Kərimov, Tahir Xası, İslam Bəhrəmov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın müasir tarixində mühüm hadisədir. Vurğulanıb ki, son 20 il Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq Azərbaycan xalqının 2003-cü il oktyabr ayında nə qədər doğru şeçim etdiyinin şahidi olarıq.

Natiqlər seçiciləri fevralın 7-də yekdilliklə etimad göstərərək şanlı Zəfərin müəllifi müzəffər Ali Baş Komandan İlham Əliyevi  dəstəkləməyə çağırıblar.