YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin daha böyük nailiyyətləri qarşıdadır!

Ağstafa rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Ağstafa rayonunun Köçvəlili kəndində seçicilərlə, Qarayazı qəsəbəsində yaşayan şəhid ailələri və sakinlərlə görüş keçirilib.

Görüşdən əvvəl Köçvəlili kəndində şəhid ailələrinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Fərhad Hacıyev, Göyçək Yusubova, Aydın Qurbanov və şəhid atası Hüseyn Hüseynov çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan geniş bəhs olunub. Qeyd edilib ki, partiyanın namizədi İlham Əliyev Azərbaycanın torpaqlarını işğaldan azad edən müzəffər Ali Baş Komandan kimi adını tarixə əbədi yazdırıb. O, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə hər bir azərbaycanlının arzusunu reallaşdırıb.

Natiqlər sakinləri seçkilərdə fəal iştirak etməyə və bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı, qarantı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.