YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderimizlə qürur duyuruq!

Ağdamlıların seçimi Müzəffər Ali Baş Komandandır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu Birinci Baharlı qəsəbəsində seçicilərlə görüş keçirilib. Eyni zamanda, Quzanlı qəsəbəsində və Üçoğlan kəndində şəhid valideynləri  Azay Kərimov və Surxay Quliyev  ziyarət edilib.

Görüşlərdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvü Nəsimi Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev ötən müddət ərzində öz əməli fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib və ən əsası 30 ilə yaxın müddət ərzində işğal altında qalmış tarixi torpaqlarımızı düşmən tapdağından azad edib.  

Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər xalqa verilən vədləri yerinə yetirən Müzəffər Ali Baş Komandanı dəstəkləyəcəklərini söyləyiblər.