YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi iradə və uzaqgörənlik

Ağcabədidə seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19- da Ağcəbədi rayonu Hindarx qəsəbəsi,  İmamqulubəyli və Sarıcalı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağcəbədi rayon təşkilatının sədri Rövşən Əhmədov, YAP Veteranalr Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, təşviqat qrupunun üzvləri Radə Qafarova, Arzu Niftalıyeva, Səfa Zeynalov və Elminaz Hüseynova çıxış ediblər.

Çıxışlarda  cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətin Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olduğu bildirilib. Qeyd edilib ki, gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Natiqlər seçiciləri 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əıiyevə səs verməyə çağırıblar.