YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın güvənini qazanan Lider

Şərur rayonunun Kərimbəyli, Xələc və Alışar kəndlərindən olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şərur rayonunun Kərimbəyli, Xələc və Alışar kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, təşviqat qrupunun üzvləri Nüsrət Həsənov, Asəf Babayev, Musa Quliyev, Musa Şirəliyev, şəhid atası Əli İsmayılov, qazilər Əli Əlisoy və Mikayıl Əliyev çıxış ediblər. Çıxışçılar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs ediblər. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ən böyük nailiyyət və möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.  Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Zəfərimizin memarı Müzəffər Ali Baş Komandan  İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər yeganə seçimlərinin cənab İlham Əliyev olduğunu diqqətə çatdırıblar.