YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın firavanlığı naminə

Saatlı şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Saatlı rayonunun qadın seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri şəhid anası Vüsalə Tağıyeva, şəhid bacısı Ürvət Ağayeva və Sədafər Hüseynov çıxış ediblər.

Natiqlər bildiriblər ki, cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lideridir. Azərbaycanın bugünkü inkişafı cənab İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Xalq-iqtidar birliyi bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və Azərbaycanın firavanlığı, sabitliyi naminə qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər ölkənin yüksələn rifahı, dövlətin təhlükə­sizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısına minnətdarlıq edib, qalib Liderin prezidentlik fəaliyyətinin davamına səs verəcəklərini bildiriblər.