YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib xalqımıza qalib Liderlə daim qələbələr yaraşır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunda “1-ci Kərpiç”, “1-ci Sverdlov döngələri”, “Adil Bünyadov”, “28 May”, “Mərdanov”, “Ceyhun Səlimov”, “Novruzov Qardaşları” ünvanlarında yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Lalə Azərtaş, Nazim Kazımov, Ata Babayev, Aydın Talışınskiy, Ədalət Həsənov, Vaqif Şadlinski çıxış ediblər. Çıxışlarda qeyd olunub ki,  Prezident İlham Əliyev ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etməklə xalqımızın ən böyük arzusunu yerinə yetirib. Diqqətə çatdırılıb ki, yeni mərhələdə xalqımızın dövlət başçısına yenidən etimad göstərəcəyinə şübhə yoxdur.Bu inam və etimad ölkəmizin daha sürətlə irəliyə doğru addımlamasına səbəb olacaq.

Görüş zamanı çıxış edən seçicilər xalqımıza Zəfər sevinci yaşadan qalib sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.