YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var

“Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüşdə səsləndirib.

Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını bildirdi. Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlətimizin başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirdi. Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlətimizin başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

 

DİGƏR xəbərlər Arxiv