YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tərəqqi və Zəfər yolunda…

Şərur rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şərur rayonunda seçicilərlə görüş keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, təşviqat qrupunun üzvləri Tacir Rəcəbov, Həsən Cəfərov, Vətən müharibəsi qazisi Əmrah Məmmədov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir.

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də natiqlərin fikirləri ilə həmrəy olduqlarını və fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.