YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub

İyulun 20-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səlahiyyət müddəti başa çatan Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviçlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub, bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Səfirlə əvvəlki görüşlərini xatırlayan müdafiə naziri diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfir görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv