YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib Liderimizə hər zaman minnətdarıq!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də YAP Xətai rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, Xalq artisti Faiq Sücəddinov, ehtiyatda olan polkovnik Şair Ramaldanov, təşviqat qrupunun üzvləri - Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid Elmir Umudlunun atası Pərviz Umudov, həmçinin Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cəlaləddin Fərhadovun anası Pərvanə Fərhadova,  Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ceyhun  Həsənovun atası Aydın Həsənov, şəhid Sübhan Əbdürrəhmanlının anası Mehriban Əbdürrəhmanlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, prezident seçkilərinin keçirilməsini şərtləndirən mühüm amillərdən olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın Vətən, torpaq sevgisindən qaynaqlanan birliyinin, həmrəyliyinin nəticəsidir. 30 il dogma torpaqlarına qovuşacağı günü səbirsizliklə gözləyən soydaşlarımıza bu sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuza daim  minnətdarlıq ifadə olunur.  

Ölkədə gedən bütün proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyasının seçkilərə “Qalib xalqın qalib Lideri!” devizi ilə qatıldığını önə çəkən natiqlər əminlik ifadə ediblər ki, bu seçkilərdə də YAP-ın namizədi cənab İlham Əliyev qələbə qazanacaq.

Çıxış edənlər bu çağırışı ediblər ki, 7 fevral prezident seçkilərində fəal iştirak edək, YAP-ın namizədi cənab İlham Əliyevə səs verərək qalib Azərbaycanın  müasir tarixini uğur səhifələri ilə daha da zənginləşdirək!