YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Möhtəşəm 20 il gələcək inkişafın möhkəm təməlidir

Qəbələ rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Qəbələ rayonunda seçicilərlə görüş keçirilib.

YAP Qəbələ rayon təşkilatının qərargahında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Milli Məclisinin deputatı Ramil Həsən, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, təşviqat qrupunun üzvləri Esmira Əsədova, Reyhan Məmmədova və Azad Məmmədov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilin hər bir ili möhtəşəmdir. Möhtəşəm 20 il həm də xalqımızın və müstəqil dövlətimizin bundan sonrakı inkişafının da möhkəm təməlidir. Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.