YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Əyyub Quliyev: Cənab İlham Əliyev mükəmməl dövlət başçısı nümunəsi yaradıb

“Azərbaycan musiqi mədəniyyətini xarici ölkələrdə təmsil edən gənc sənət nümayəndəsi kimi çox vacib bir məqamı diqqətə çatdırmaq istəyirəm. Xaricdə olduğum zaman orada siyasi xadimlərlə bizim ölkə rəhbərliyinin müqayisəsini apararkən həmişə qürurlandığım bir an olub. Dövlətimizin başçısı həm insani-şəxsi keyfiyyətləri, həm də siyasi baxışlarına görə fərqlənir. Bunu hər zaman xüsusilə qeyd etmişəm”.

Bu fikirləri Əməkdar artist Əyyub Quliyev bildirib.

Ə.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev öz müdrikliyi ilə həmişə nümunə olduğunu təsdiqləyib: “Cənab İlham Əliyevin zəngin dünyagörüşü, unikal intellekti, insanlarla səmimiyyəti xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Eyni zamanda, siyasi Lider kimi uzaqgörənliyi ilə mükəmməl dövlət başçısı nümunəsi yaradıb. Ona görə mən vətəndaşlarımızı 7 fevral prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıram”.