YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərli rayonunun Qıvraq qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də rayonun Qıvraq qəsəbəsi sakinləri, eləcə də şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Naxçıvan MR  Ali  Məclisinin  deputatı Ehtimad Məmmədov, Dadaş Qasımov, Vəli Vəliyev, Salman Quluzadə, qazi Nicat Süleymanov, Rəşid Nağıyev və şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın siyasi-iqtisadi arenasında öz nüfuzunu gücləndirməklə, hər ötən il daha da qüdrətli dövlətə çevrilib. Bu gün dünyamiqyaslı bir çox mühüm tədbirlər ölkəmizdə baş tutur, regionumuzla bağlı qərarlar Azərbaycanın mövqeyi nəzərə alınaraq qəbul edilir.

Vurğulanıb ki, Azərbaycan sosial dövlət anlayışını ortaya qoyan dünyanın ən qabaqcıl ölkələrindən biri olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda əhalinin sosial rifah halı hər ötən ilə nisbətdə sürətlə inkişaf edir, daha da yaxşılaşır.

Görüşdə iştirak edən qəsəbə sakinləri fevralın 7-də baş tutacaq seçkilərdə qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.