YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də  Qusar rayonunun Mucuq və Həzrə kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov,   təşviqat qrupunun üzvləri General Sadulov, Bəhruz Ramazanov, şəhid atası Camal Heydərov  çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Prezident seçkilərinin ərazi bütövlüyümüzün bərpasından sonra keçirilməsinin vacibliyinə toxunan natiqlər cənab İlham Əliyevin ölkəmizə qazandırdığı uğurlardan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyasının əldə olunan Qələbənin ən vacib amillərindən biri olduğunu qeyd ediblər.Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal olmağa dəvət ediblər.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs  verəcəklərini bildiriblər.