YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib

«Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib. Son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır». Bu fikirləri

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, Mərkəzi Bank son iki ayda valyuta ehtiyatlarını artırmaqdadır. Onun sözlərinə görə, Azərbaycan 120 milyon dollardan artıq valyuta alıb.

«Mərkəzi Bank Azərbaycanın yaxın ticarət tərəfdaşı olan ölkələrdə baş verən proseslərin analizini aparır. Belə bir şəraitdə Azərbaycan makroiqtisadi inkişaf nümayiş etdirməyi bacarır. Altı ayın yekunlarına görə, milli iqtisadiyyatımız 5,7% artıb. Qeyri-neft sektoru 9%-dən yüksək artıma nail olub. Ölkədə investisiya fəallığı davam edir və fərəhləndirici haldır ki, xarici investisiyalar daxili investisiyaları üstələyir. Altı ay ərzində inflyasiya 3,5% səviyyəsində saxlanılıb. Bu, regionda ən aşağı göstəricilərdən biridir»- deyə, E.Rüstəmov vurğulayıb.