YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib Lider olacaq!”

Qobustan rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Qobustan rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, təşviqat qrupunun üzvləri Gülbala Bayramov və Şıxbala Bayramov çıxış ediblər.

Çıxış edənlər bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Bu da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünki yüksəlişə və inkişafa nail olub.

Natiqlər seçiciləri Azərbaycanı regionun və dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri ilə birgə addımlaması üçün qalib Liderə səs verməyə çağırıb.

Çıxış edən seçicilər qeyd ediblər ki, fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə  yenilməz Liderimizə səs verəcəklər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Daha sonra YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca  rayonun Sədəf kəndinin şəhidi  Elyar Vəliyevin qəbirüstü abidəsini və ev muzeyini ziyarət ediblər.