YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cənab İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut edib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Abşeron rayonunun “Stansiya Sumqayıt” şəhərciyində məskunlaşmış cəbrayıllı seçicilərlə görüş keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, təşviqat qrupunun üzvü Vaqif Məhərrəmov çıxış ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, Prezident İlham Əliyev ölkə həyatının müxtəlif sahələrində mühüm yeniliklərə imza atıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş qələbələr, qazanılan nailiyyətlər Azərbaycanın gücünü bütün dünyaya sübut edib. Məhz tarixi zəfərimizin  nəticəsidir ki, qarşıdan gələn  seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcək.  

Çıxış edənlər bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib, dövlətimizin yeni qələbələrə və uğurlara imza atması üçün seçiciləri YAP-ın namizədi, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.