YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyevin növbəti qələbəsi xalqın ən böyük istəyidir

Nəsimi rayonunda seçicilərlə görüş keçirilib

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Elsevər Ağayev və başqaları çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyi vurğulanıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlardan geniş bəhs edilib. Bildirilib ki, Azərbaycan xalqı hazırda tarixinin ən yeni, olduqca qürurlu, şərəfli mərhələsini yaşamaqdadır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi Qələbə ilə nəticələnib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Ölkəmizin qarşısında yeni perspektivlər açılıb, növbəti hədəflərə çatmaq üçün cənab İlham Əliyevin seçkilərdə Qələbəsi xalqın ən böyük arzu və istəyidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.