YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər zirvəsini fəth edən Müzəffər Lider!

Şüvəlan qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində seçicilərlə görüş keçirilib.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev, “91”lərdən Ağabəy Əsgərov, təşviqat qrupunun üzvləri Təvəkkül Səlimov və Balası Həmzəyev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, 20 il əvvəl Azərbaycan yeni inkişaf və tərəqqi yoluna çıxıb. Məhz həmin vaxtdan Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün əsasını qoyub. Ölkəmiz Müzəffər Ali Baş Komandanın Liderliyi ilə Zəfər zirvəsi fəth edib.

Seçicilər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını və qalib Liderə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.