YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz xalqımıza parlaq Qələbə bəxş edən İlham Əliyevdir”

Nəsimi rayonunda seçicilərlə görüşlər davam etdirilir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Nəsimi rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib. YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Aydın Talışınski və Nadir İsmayılov çıxış ediblər.

Vurğulanıb ki, cənab İlham Əliyevin uzaqgörən siyasəti respublikamızı daim parlaq qələbələrə doğru aparır. Bildirilib ki, yeni uğurlara məhz Müzəffər Liderimizin siyasəti nəticəsində nail olmaq mümkündür.

Görüşdə çıxış edən seçicilər qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. “Seçiçimiz xalqımıza parlaq Qələbə bəxş edən İlham Əliyevdir” ,- deyə vurğulanıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.